Rəsmiləri buna vadar edən ictimai məsuliyyətsizlik oldu

Ölkəmizdə koronovirus pandemiyasının geniş yayılmasının qarşısını alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər bu gün də davam etdirilir.

İctimai təlabatı nəzərə alaraq mart ayında tətbiq olunan sərt karantin rejimi aprel ayının 27 -də yumşaldıldı. Bundan sonra insanların  küçələrdə, iaşə obyektlərində, ticarət mərkəzlərində sıxlıq təşkil etmələri növbəri sərt tədbirlərin həyata keçirilməsinin vacib olduğunu göstərdi. Təəssüf ki, rəsmiləri buna vadar edən ictimai məsuliyyətsizlik oldu. Belə ki, qeyd olunan məkanlarda olan insanların bir çoxu maska və əlcəkdən istifadə etməməklə yanaşı, sosial məsafəni də qorumadı. Vətəndaşların bu addımı ko­ronavirusun  daha  sürətlə  yayılmasına  səbəb oldu.

Bu gün dünyada da hökm sürən ikinci dalğa və bu səbəblə də  tətbiq olunan sərt karantin rejiminin yeganə məqsədi vətəndaşların sağlamlığı və təhlükəsizliyidir. İlk əvvəllərdə həkimlərin məsləhət gördükləri təlimatlara əməl etməyənlər, inanmayanların doğmaları təəssüf ki, bu gün xəstəxana otaqlarında həyat- ölüm savaşı verirlər. Dünyaca məşhur siyasətçilərin, sənətçilərin də yaxalandığı bu virus bir daha onu göstərdi ki, yaşamaq istəyiriksə təlimatlara əməl etməliyik. Bu çətin günlərdə rəsmilərimizin və ən öndə həkimlərimizi düşünüb, öz məsuliyyəyimizlə onlara dəstək verməliyik. Bu gün özümüzü və sevdiklərimizi qorumaqla, həm də sabahımızı qorumuş oluruq.

Ölkə başçısının dünyanı bürüyən koronavirusla bağlı mübarizədə atdığı addımlar, imzaladığı sərəncamlar  təqdirəlayiqdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verəcək, yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr əldə edəcəyik.

Stasionar müalicə üçün müraciət edən xəstələr bəzi hallarda ağırlaşmış formada olanlardır. Onlar ağırlaşmalarla xəstəxanaya gətirilirlər. Bu xəstəliyin əlamətini hiss edən insanlar mütləq təcili olaraq həkimlərə müraciət etməlidirlər. Bunun üçün ölkəmizdə müasir standartlara cavab verən yeni modul tipli xəstəxalara fəaliyyət göstərir.  İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə növbəti üç modul tipli xəstəxananın açılışı da məhz bu istiqamətdə aparılan uğurlu işlərdən biridir. Açılış zamanı məlumat verilib ki, üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıt şəhərində 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.

Dövlətimiz qısa müddətdə ərzində hər bir vətəndaşın sağlamlığı üçün lazimi tədbirlərin görülməsi üçün qətiyyətli addımlar atır.

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31