İcra başçısının müavinin vəziyyəti kritikdir - AÇIQLAMA
19 İyun 2020 14:41 SosialSamux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyevin vəziyyəti ağırlaşıb.
Bunu "Report"un sorğusuna cavab olaraq Q.Əliyevin müalicə aldığı Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildiriblər. "Qəzənfər Əliyevin vəziyyəti kritik olaraq qalır, hazırda müalicə işləri davam etdirilir", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bir neçə gün öncə koronavirusla bağlı analizlərinin cavabı pozitiv çıxan Q.Əliyev və həyat yoldaşı, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru Arzu Əliyeva Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31