Mütəxəssislər bədii təhsilin perspektivliyini müzakirə etdilər
19 İyun 2020 13:57 SosialMədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə "Estetik tərbiyə: mədəniyyət siyasətinin strateji prioriteti kimi" adlı vebinar təşkil edilib.
Olaylar.az bildirir ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, xalq və əməkdar artistlərin, əməkdar müəllimlərin, Bakı şəhər C.Hacıyev adına 3 nömrəli və G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin və bir sıra digər müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə uşaq musiqi məktəblərinin fəaliyyəti geniş müzakirə olunub.
Tədbirin moderatoru Mərkəzin Bədii təhsil şöbəsinin müdiri Sevil Ələkbərova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, Əməkdar İncəsənət xadimi Rafiq Seyidzadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal kafedrasının professoru, Xalq artisti Natəvan Şeyxova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, Əməkdar müəllimlər, Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Məhin Orucova, Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Yusif Vəliyev, Bakı şəhər 24 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Nadir Babayev, Bakı şəhər 21 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru, professor Mamed Quliyev, Bakı şəhər A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Rövşən Məmmədov, Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Tofiq Salmanov estetik tərbiyə ilə əlaqədar geniş şəkildə fikirlərini vebinar iştirakçıları ilə bölüşmüşdür.
Müzakirələrin sonunda səsləndirilmiş fikirlərə dair öz münasibətini bildirən Mərkəzin direktoru Asif Usubəliyev musiqi məktəblərinin idarə olunması, onların sosial imici, ümumtəhsil məktəbləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması zərurəti və illər ərzində qazanılmış təcrübənin qorunması yolları haqqında ətraflı şəkildə danışmışdır. ki, A.Usubəliyev baş verən dəyişikliklər müstəvisində dəyişən reallıqlar, habelə virtual həqiqətin formalaşması fonunda musiqi məktəblərinin fəaliyyəti ilə əlaqədar olaraq Yol xəritəsinin hazırlanmasını xüsusi olaraq vurğulamışdır.