Nazir: "Hökumət sərt karantin rejimi ilə bağlı qərarlar qəbul edəcək"

"Cari ildə çağırışlarımız kifayət qədər çoxdur"."Olaylar" xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, aprelin 18-də iki həftəlik sərt karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı məsələlərə baxılıb: "Şübhəsiz, təxirəsalınmadan qərarlar qəbul ediləcək. Əgər lazım gələrsə, hökumət tərəfindən Prezidentə hər hansı bir düzəlişlərin olması ilə bağlı təqdimat da təqdim olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31