Yazıçı Elçin Hüseynbəylidən təlaş dolu paylaşım - "Uhan bazarı" dediyim "Vosmoy bazarı" əsl koronavirus imperiyasıdır
19 İyun 2020 12:40 SosialArtıq uzun zamandır ki, ölkədə karantin rejimi davam edir.
Olaylar.az bildirir ki, ötən gün TƏBİB-in keçirdiyi mətbuat konfransında iyunun 21-dən iyulun 5-nə qədər yenidən sərt karantin rejiminin tətbiq olunacağı bildirilib. Mart ayında tətbiq olunan sms-li icazə sisteminin ictimai tələbatı nəzərə alaraq aradan qaldıraraq, yumşalama tətbiq edildiyi üçün son günlər yoluxmaların sayından artım müşahidə olundu. Bunu nəzərə alan rəsmilər yenidən karantin rejiminin sərtləşəcəyini elan ediblər.
Yazıçı Elçin Hüseynbəyli sosial media hesabından verilmiş qərarla bağlı fikirlərini bölüşüb: "Hökümət yenidən sərt akarantin tədbirlərinə əl atdı. Bu, gözlənilən idi. Çünki sevimli millətimi anlamıram. Hələ də çoxları koronavirusun olduğuna inanmır. Sadə fəhləsi də, məmuru da."
Yaşadığı ərazidəki vəziyyətdən bəhs edən yazıçı bildirir ki, "Neftçilər" metrosu ətrafında yaşayır və virus əksəriyyətin vecinə deyil:
"Axşamlar ağız-ağıza öpüşür, qol-boyun gəzirlər. "Uhan bazarı" dediyim "Vosmoy bazarı" əsl koronavirus imperiyasıdır. Əsas ocaq ordadır. Adamlar bir-birinin içində, belindədir. Barmaqla sayılası adamda maska görərsən. Və ən qəribəsi (dəhşətlisi) budur ki, nəzarət yoxdur. Hələ mən "Neftçilər" ərazisində kiminsə cərimələndiyinin, yaxud cəzalandırıldığının şahidi olmamışam. Özü də daim onuncu mərtəbədən baxıram. Səhərlər və axşamlar gəzməyi sevirəm. Polislər və daxili qoşun nümayəndələri ilkin vaxtlarda ara-sıra gözə dəyirdi. İndi yoxa çıxıblar. Cəzasılıq adamları arxayınlaşdırır. Kimdən kimə şikayət edək, bilmirəm!"