“Dom-2”nin keçmiş model iştirakçısı 10 milyona mənzil aldı - FOTO/VİDEO
19 İyun 2020 07:22 SosialRusiyanın məşhur "Dom-2" realiti şousunun qalmaqallı iştirakçılarından olan cazibədar model Lera Frost 10 milyon rubl dəyərində (244 min manat) dəbdəbəli mənzil alıb.
Oxu.Az xəbər verir ki, mənzil "Odintsovo" rayonunda, bir çox şou-biznes ulduzlarının yaşadığı "Rublevka" və "Yeni Riqanın" yaxınlığında yerləşir.
Realiti şounun digər keçmiş iştirakçılardan fərqli olaraq, Lera layihəyə qayıtmağa çalışmır. Çünki onun işləri şouda kənarda da mükəmməl gedir.
Pandemiya dövründə maddi imkansızlıqdan gileylənən bir çox məşhurlardan fərqli olaraq Lera məzili illərlə qazanıb, yığdığı pullar hesabına aldığını vurğulayıb.
Qeyd edək ki, dekabr ayında 26 yaşı tamam olan Leraya modelin sevgilisi 3,5 milyon rubl (85400 manat) dəyərində "Cartier" brendinə məxsus üzəri yüksək karatli brilliantlarla bəzədilmiş üzük hədiyyə edib.