Azərbaycanda daha bir şair koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
19 İyun 2020 07:07 SosialŞair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (Covid-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.Bu barədə APA-ya şair özü məlumat verib.
Hazırda "Yeni klinika" da müalicə olunduğunu bildirən S.Babullaoğlu səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib:
"Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram".
Xatırladaq ki, bir neçə gün əvvəl yazıçı-şair Şəhriyar Del Gərani də koronavirusa yoluxmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31