Sərhədlərin bağlı qalma müddəti uzadıldı - RƏSMİ
18 İyun 2020 20:05 SosialSərhədlərin bağlı qalma müddəti avqustun 1-dək uzadılır.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdulllayeva deyib.
Onun sözlərinə görə, bəzi ölkələrin Azərbaycana aviareysləri bərpa edilməsi ölkələr arassında razılıq əsasında həyata keçirilə bilər: "Artıq xarici ölkələrdə müvəqqəti olan vətəndaşların Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Mərhələli halda vətəndaşlar Azərbaycana gətirilir. Bunun karantin rejimində dayandırılması gözlənilmir. Amma sərhədlər avqtun 1-dək bağlı olacaq. Beynəlxalq reyslər isə qarşılıqlı razılıq əsasında bərpa oluna bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31