Ramin Bayramlı: Ölkədə koronavirusa yoluxan kifayət qədər xəstə var
18 İyun 2020 19:17 SosialÖlkədə vəziyyəti ağır olan və intensiv terapiya tələb edən koronavirusa yoluxmuş kifayət qədər xəstə var. Bu, çox narahatedicidir.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, COVİD-19 virusa yoluxanlar arasında gecikmiş halda müraciət edənlər çoxdur.
Bakıda xəstəxanalarda dolululqu həddinin 85 faizə çatdığı günlər də olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31