Ticarət mərkəzlərinin fəaliyyəti, eləcə də ictimai iaşə xidmətlərinin yerində fəaliyyəti dayandırılacaq
18 İyun 2020 18:46 SosialÖlkədəki vəziyyət təhlil olunub və karantin avqustun 1-dək uzadılıb. 1-ci klastr üzrə ciddi karantin şərtlərinə ehtiyac olub.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdulllayeva deyib.
Onun sözlərinə görə, 21 iyundan 5 iyul 06:00 qədər ciddi karantin elan olunacaq. 1-ci klastr üzrə Bakı Gəncə, Yevlax, Masallı, Sumqayıt, Abşeron üzrə sms xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq, ticarət mərkəzlərinin fəaliyyəti dayandırılır, ictimai iaşə xidmətlər yerində fəaliyyəti dayandırılacaq: "Bərbərxana və gözəllik salonları, muzeylərin fəaliyyəti dayandırılacaq. 65 yaşdan yuxarı şəxslərin hərəkəti qadağan edilmir. Bakı metropliteni fəaliyyəti məhdudlaşdırılmır. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək".