PX-də koronavirusa qarşı mübarizə sahəsində bütün zəruri işlər görülür
18 İyun 2020 13:15 SosialHazırki pandemiya şəraitində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Probasiya Xidməti tərəfindən zəruri tədbirlər həyata keçirilir. Xidmətdən "Olaylar"a bildirilib ki, Probasiya Xidməti tərəfindən cəzaların icrası və probasiya nəzarətinin həyata keçirilməsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsi, xüsusilə məhkumların qəbulu, qeydiyyata alınması, elektron nəzarət vasitələrinin tətbiqi, onların dəyişdirilməsi və çıxarılması prosedurları icra edilərkən Ümumdünya Səhiyyə Təşkilatının, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq zəruri təhlükəsizlik tədbirləri, sanitariya-gigiyena qaydalarına ciddi riayət olunması, qoruyucu tibbi vasitələrdən (maska, əlcək, antiseptik vasitə və s.) istifadə edilməsi, vətəndaşlarla sosial məsafənin saxlanılması ilə bağlı bütün zəruri işlər görülür.