4.684 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib
18 İyun 2020 13:16 Sosial2020-ci ilin beş ayı ərzində 4.684 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1.536 məhkumdan elektron qolbaqlar çıxarılmışdır. Hazırda elektron qolbaq daşıyan 3.148 nəfər müvafiq cəzalarını çəkir və Monitorinq Mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31