Kamran Əliyev iki rayona yeni prokuror TƏYİN ETDİ
18 İyun 2020 11:13 SosialProkurorluq orqanlarında yeni təyinatlar olub.
Olaylar.az apa-ya istinadən məlumatına, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Quba rayon prokuroru Elman Süleymanov tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyinat alıb.
Baş prokurorun imzaladığı digər əmrlə Pirallahı rayon prokuroru İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31