Daha 12 xəstəxana koronavirusa ayrıldı - Siyahı

Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 12 pandemiya xəstəxanasının adları açıqlanıb.

TƏBİB-dən  verilən məlumata görə, bu xəstəxanalar  ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərir.

Həmin xəstəxanalar aşağıdakılardır:

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Azərsu Tikinti Xəstəxanası, Göyçay RMX, Salyan RMX, Xızı RMX, Qusar RMX, Ucar RMX, Saatlı RMX, Zərdab RMX, Gəncə Dəmiryol Xəstəxanası hazırda pandemiya xəstəxanası kimi fəaliyyət göstərir.

Qeyd edilən xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülüb müalicələrini davam etdirə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31