3 ədəd oyun aparatı oğurlayan şəxs yaxalanıb
21 May 2020 14:44 SosialOğurluqda şübhəli bilinən Zəngilan rayon sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-da rayon ərazisindəki kompyuter salonlarının birindən 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakinləri E.Cəfərov və əvvəllər məhkum olunmuş R.Allahquliyev saxlanılıb. Ətraflarında aparılmış tədbirlərlə ilə onların mayın 17-də daha 1 kompüter salonundan 650 manat dəyərində oyun aparatları və diskləri oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31