Avtoqəzada yaralanan şəxs dünyasını dəyişib

Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a bildirilib ki, mayın 20-də saat 10 radələrində Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Gəncə şəhər sakini Elxan Məmmədovun idarə etdiyi "NazLifan" və Şəmkir rayon sakini N.Qarayevin idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Məmmədov orada ölüb. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31