Koronavirusu necə yox etmək olar? - Baş epidemioloq
21 May 2020 13:52 Sosial"Koronavirus infeksiyasının yayılmasının qarşısını yalnız peyvənd ala bilər. Bütün digər tədbirlər "mif"dir".Bu fikirləri İsveçin baş epidemioloqu Anders Tegnell açıqlamasında deyib.
O bildirib ki, İsveçin səhiyyə səlahiyyətliləri və məmurları yanlış olduğunu düşünsələr də, artıq uzun müddətdir ki, "sürü toxunulmazlığı"nın yaradılması İsveçin koronavirusla mübarizədə vizit kartına çevrilib.
Onun sözlərinə görə, "sürü toxunulmazlığı"nın koronavirusu məğlub edə biləcəyinə inanmaq tamamilə səhvdir: "Çünki bu üsulla infeksiyanı tamamilə dayandıran toxunulmazlığı inkişaf etdirmək mümkün deyil. Buna inanmaq üçün heç bir səbəb də yoxdur".
Baş epidemioloq qeyd edib ki, "sürü toxunulmazlığı" səhiyyə sisteminə və digər xidmətlərə göstərilən təzyiqi azaltmağa, cəmiyyətin tələb etdiyi bəzi məhdudiyyətləri aradan qaldırmağa imkan verə bilər: " Lakin bununla infeksiya tam zərərləşdirmək mümkün deyil. Bu infeksiyanı yalnız "sürü toxunulmazlığı"nı vaksinlə birləşdirməklə yox etmək olar".
sia.az