İsa Həbibbəyli kasıb işçilərinə ərzaq payladı - FOTO
21 May 2020 13:04 SosialAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən pandemiya dövründə ehtiyacı olan müəssisə əməkdaşlarına ərzaq yardımı paylanıb.
Bu barədə AMEA-dan məlumat verilib.
Yardımların paylanmasında AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və müəssisənin Həmkarlar Təşkilatının sədri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov iştirak ediblər.
Eyni zamanda, karantin dövrünün tələblərinə uyğun olaraq işə çıxmayan yaşlı əməkdaşların ərzaq payı evlərində təqdim olunub.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31