Şirvanda reabilitasiya müəssisəsi istifadəyə veriləcək
21 May 2020 12:21 SosialƏlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, burada müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılır. Müəssisədə sınanmış fizioterapevtik metodlardan və müasir avadanlıqlardan istifadə edilməklə əlilliyi olan şəxslərə kompleks bərpa xidmətləri göstəriləcək.Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulan mərkəzdə əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir və müəssisənin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31