Yas mərasimlərində kütləvi toplaşma halları ilə bağlı AÇIQLAMA
20 May 2020 16:55 Sosial"Bəzi rayonlarda, kəndlərdə dəfn və yas mərasimlərində kütləvi toplaşma halları olub".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yeni" TV-nin canlı yayımında bildirib.
O qeyd edib ki, dəfn və yas mərasimlərində kütləvi toplaşma halları geniş vüsət almayıb:
"İnsanlar bilməlidir ki, kütləvi toplaşma zamanı virusun yayılması təhlükəsi var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31