48 hakim intizam məsuliyyətinə cəlb edilib

Azərbaycan məhkəmələrdə nizam-intizamın gücləndirilməsi ilə bağlı yoxlama və monitorinqlər intensivləşdirilib. Son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edilib. 2 hakimin səlahiyyətlərinə xitam verilib, 7 nəfərin tutduğu vəzifədən azad olunub. Son aylarda isə Ali Məhkəmənin 5 hakimi aşağı işə keçirilib, 7-nin isə səlahiyyətləri uzadılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31