Məhkəmə fəaliyyəti təkmilləşdirilir

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, tədbirdə Ali Məhkəmənin sədr müavini, ali və apellyasiya məhkəmələrinin kollegiya sədrləri, bütün apellyasiya, regional və digər birinci instansiya məhkəmələrinin sədrləri iştirak ediblər. Çıxış edən F.Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafını, bütün sahələrdə aparılan islahatların müsbət nəticələrini qeyd edib, dünyada tüğyan edən COVİD-19 infeksiyasının qarşısının alınması ilə bağlı qəti tədbirlərdən bəhs edib. Bildirib ki, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm sosial və digər layihələr əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynayır.

Müşavirədə dövlət başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi islahatların məhkəmə-hüquq sistemini də əhatə etdiyi qeyd olunaraq ölkə Prezidentinin bu sahədə "yol xəritəsi" olan 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti və onun icrası üzrə ardıcıl tədbirlər vurğulanıb. Cari ildən yeni regional kommersiya və inzibati məhkəmələrin fəaliyyətə başlaması, həmin məhkəmələrə yüksək nəzəri və praktiki hazırlığa malik hakimlərin təyinatı, məhkəmə sisteminə əlçatanlığın asanlaşdırılması məqsədilə "Elektron məhkəmə" informasiya sisteminin funksionallığının artırılması, "Mobil məhkəmə" və mülki xarakterli işlərin elektron qaydada aparılmasına dair xüsusi proqramların istifadəyə verilməsinin ədalət mühakiməsinə əsaslı təsir göstərdiyi qeyd edilib. Fərmanla əlavə ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. Hazırda imtahanlardan uğur qazanmış 108 namizəd müsabiqənin müxtəlif mərhələlərindədir.İclasda bu ərəfədə ali və apellyasiya məhkəmələrinə yüksək ixtisasa və nüfuza malik yeni nəsil gənc hakimlərin təyin olunması vurğulanıb, Ali Məhkəmənin yeni sədr müavini və kollegiya sədrləri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31