Qardaşlar mağazanı qarət ediblər
20 May 2020 12:45 SosialBakıda mağazada oğurluq hadisəsi baş verib. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, oğurluq etdiyinə görə tutulan H.Dadaşzadənin ətrafında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun qardaşı R.Dadaşzadə ilə birgə rayon ərazisindəki mağazaların birindən 1 150 manat pul və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.Davam etdirilən tədbirlərlə R.Dadaşzadə də polis əməkdaşları tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31