Nazir daha bir generalı işdən çıxardı
20 May 2020 12:44 SosialBakı Metropoliteni polis idarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.
Bu haqda hüquq-mühafizə orqanından məlumat verilib.
Mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov sərəncama göndərilib.
Hələlik bu vəzifəyə heç kim təyin olunmayıb.
S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə rəhbərlik edib. Bundan əvvəl o, Yasamal Rayon Polis İdarəsində rəis müavini vəzifəsində çalışıb. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31