Azərbaycanda nə qədər əcnəbi var?
20 May 2020 12:12 Sosial"Hazırda Azərbaycanda 134 298 nəfər əcnəbi yaşayır".
"OLAYLAR" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər" mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib. O, bildirib ki, həmin şəxslər daha çox Rusiya, Gürcüstan, İran və s ölkələrin vətəndaşlarıdır. DMX sədri deyib ki, pandemiya ölkəmizdə əcnəbilərin olmasına da mənfi təsir göstərib. Onun sözlərinə görə, bu il, yəni yanvarın 1-dən indiyə kimi Azərbaycanda 551 872 nəfər əcnəbi olub: "Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərin sayında 44 faiz azalma deməkdir. Ötən ilin müvafiq dövründə bu rəqəm 977 246 idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31