Azərbaycanda televiziya əməkdaşı koronavirusa yoluxdu - Digəri isə karantinə alındı
20 May 2020 11:31 Sosial"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) bir əməkdaşı koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki , ATV-nin Xəbərlər Departamentinin müxbiri - Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.
O, bu barədə məlumatı təsdiqləyib.
Kanalın digər müxbiri Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31