Akademik beynəlxalq onlayn konfransda çıxış edib

 Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Beynəlxalq Muzeylər Gününə həsr olunmuş "Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik" mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Olaylar.az bildirir ki, tədbir AR Mədəniyyət Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə reallaşıb. Konfransda Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, muzey direktorları, xarici mütəxəssislər və aidiyyəti üzrə şəxslər iştirak ediblər.

Onlayn konfransa AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı da qatılıb. O, fiziki məhdudiyyətli ziyarətçilər üçün muzeylərdə reallaşan layihələr barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31