·  MÜŞTAQ olaq- YƏHYA BABANLI YAZIR

YƏHYA BABANLI

(Çörək bol olarsa basılmaz Vətən!)

Dünyanı yerindən silkələyən koronavirus pandemiyası - COVID-19 ilə bağlı mübarizə tədbirlərinin birinci mərhələsini yola saldıq.

Bizə, bu müddət ərzində tətbiq olunan məhdudiyyət, özünütəcrid və digər çərçivə (#Evdəqal) qərarları sanki bir daha azadlıq hisslərini aşıladı və həsrətini daddırdı.

Bir növ bəşəriyyətin, ayrı-ayrı insan cəmiyyətlərinin "Başı əhlət daşına dəydi".

İstiqlaliyyətin nəhəng fenomen olduğunu ciddi şəkildə izah etdi.

Məsud yaşamağın nə qədər ali nemət olduğunu xatırlatdı.

Bu xüsusda, müstəqilliyin və suverenliyin yaşmaq zərurətindən təcəlli etdiyini, həyati vacib əhəmiyyətli olduğunu anlatdı.

Hətta, qloballaşmanın sözdə, milliliyin əməldə olduğunu gostərdi.

Milli dövlətçiliyin və təhlükəsizliyin ön planda olduğunu təsdiq etdi.

Vətən məfhumunun böyüklüyünü, vətəndaş mənsubiyyətinin məsuliyyətini dərk etdirdi.

Hər bir xalqın mühafizəsi və müdafiəsi hürriyyət və istiqlaliyyəti ilə birbaşa əlaqəli olduğunu mövcud vəziyyət özü-özlüyündə sübuta yetirdi.

Bəli, "Milli olmadan bəşəri olmaq mümkünsüzdür".

Hətta, meşədəki ağaclar və bitkilər belə biri-biriləri ilə yarışırlar ki, günəşə tərəf boylanıb daha yüksəyə qalxsınlar.

Bir sözlə, bütünlükdə təbiət və cəmiyyətin yaradılışının ən üstün xüsusiyyəti özgürlüyə can atmağındadır.

Bununla,

Həkimlərin də yediyi təamı bişirən çörəkçilər başda olmaqla, bu dövr ərzində xidmət sahəsində çalışan bütün xadim və xadimələrə dərin minnətdarlığımı ifadə edirəm.

Dünya evimizdəki təhlükənin Vətənimizdən yan keçmədiyi bir vaxtda, müxtəlif peşə sahibləri olan vətəndaşlarımız tüğyan edən COVlD-19 ilə mübarizədən çəkinməyərək, ilk mərhələdə layiqli vətandaşlıq mövqeyi nümayiş etdirdilər.

Unutmayaq, Vətən öz fədakar vətəndaşlarının çiynində yüksələr.

Gəlin, hamımız şanlı Vətən yolunda müştaq olaq!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31