Koronavirusun YENİ SİMPTOMU aşkarlandı: xəstələr xoşbəxt şəkildə...
5 May 2020 10:49 SosialKoronavirusun səbəb olduğu xəstəliyin daha bir simptomu ortaya çıxıb.
Publika.az xəbər verir ki, amerikalı mütəxəssislər koronavirus xəstələrinin "xoşbəxt oksigen çatışmazlığı" yaşadığını ortaya qoyub.
Bu əlamətə sahib xəstələr qanlarındakı oksigenin doyma səviyyəsi pis olsa da, sağlam görünür. Onlar özlərini yaxşı hiss etdiklərini bildirir.
Nyu-Yorkda çalışan həkim Robin Strayer "Sciencemag"a açıqlamasında monitorda görünən nəticələrlə xəstənin vəziyyətinin tamamilə əks olduğunu qeyd edib.
San-Paulolu Döş qəfəsi xəstəlikləri mütəxəssisi Elnara Marsia Neqri sağlam insanların qanlarındakı oksigen doyumluluğu səviyyəsinin ən az 95% olduğunu xatırladaraq, COVID-19 xəstələrində bu səviyyənin 80,79 və hətta 50%-ə qədər düşməsinə rəğmən, onların sağlam göründüyünü deyib.