Kürdəmirdəki dəhşətli qəza ilə bağlı cinayət işi açılıb
4 May 2020 16:19 SosialKürdəmirdə 4 nəfərin ölümü, 7 nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydasını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.Nəticədə 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb.