İctimai nəqliyyatda diqqət etməli olduğumuz əsas gigiyenik qaydalar
4 May 2020 15:01 SosialBu həm özümüzün, həm də ətrafımızıən qorunması üçün vacibdir
Günümüzdə Azərbaycan da daxil olmaqla dünya ölkələri koronavirus kimi öldürücü bir virusla mübarizə aparır. Hər nə qədər ölkəmiz pandemiyaya qarşı aparılan mübarizədə ön cərgədə olub ona qarşı adekbvat tədbirlər həyata keçirsə, nisbətən müsbət nəticələrə nail olsa da, ancaq hələlik koronavirus bəlasından tam xilas olmaq qeyri-mümkün olaraq qalır. Təbii ki, bu prosesdə vətənaşların da üzərinə böyük vəzifə və məsuliyyət düşür. O mənada ki, vətəndaşlar mümkün qədər kütləvi yerlərdən kənar olmalı, şəxsi gigyenik qaydalara maksimum dərəcədə əməl etməlidir. Nəzərə alsaq ki¸ insanların bir qədər kütləvi yer aldığı, çoxluq təşkil etdiyi vasitələrdən biri də ictimai nəqliyyatdır, o zaman istər indi, istərsə də pandemiya dövründən sonra vətəndaşların ictimai nəqliyyatdan istifadə edərəkən bir sıra vavib məqamlara diqqət etməsi zərurətə çevrilir. Düzdür, koronavirus pandemiyasının pik həddinin qeydə alındığı günlərdə ictimai nəqliyyatda müəyyən zəruri hallar istər bu sahəyə cavabdeh olan, istərsə də vətəndaşlar tərəfindən nəzərə alındı, tətbiq edilən qaydalara əməl olundu. Ancaq nəzərə almalıyıq ki, istər bu gün, istər sabah, istərsə də bir müddət sonra koronavirus kimi arzuedilməz xəstəliklər yenidən baş qaldıra, dünyanı, o cümlədən bizləri təhlükə altına sala bilər. Ona görə də məsələyə kifayət qədər ciddi yanaşmaq lazımdır.
Qeyd etdiyimiz kimi insanların bir qədər çoxluq təşkil etdiyi məkanlardan birinin ictimai nəqliyyat olduğunu nəzərə alaraq koronavirus infeksiyasının profilaktikasına dair metodik göstərişlər hazırlanıb.
Hər şeydən əvvvəl, hazırlanan metodik göstərişlərə nəzər yetirmədən, onu incələmədən belə hər birimiz dərk etməliyik ki, gigiyenik qaydalatra riayət etmək, təmizliyə maksimum əməl etmək özümüzün təhlükələrdən qorunmağımız üçün başlıca şərtdir. Həm koronavirus, həm də digər bu kimi xəstəliklərin ağızdan ətrafa sirayət edən mikroblar, damcılar vasitəsilə yayıldığını nəzərə alsaq, o zaman ictimai nəqliyyatda bu kimi xəstəliklərin yayılma riskinin daha böyük olduğunu söyləyə bilərik. Ona görə də, hər birimiz maksimum dərəcədə zərurət olmadığı təqdirdə ictimai nəqliyyatdan istifadə etməməli, avtobus və ya digər nəqliyyat vasitələrində sıxlığın yaranmamasına, insanlar arasında təmasın minimum səviyyəyə enməsinə çalışmalıyıq.
Eyni zamanda bu sahəyə cavabdeh olan qurumlar, daşıyıcı şirkətlər də hazırlanan metodik göstərişlərə əməl etməli, öz üzərilərinıə düşən vəzifələri yerinə yetirməlidirlər.
Məsələn daşıyıcı şlirkətlərdə işəgötürən tərəfindən işçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla (70%-li spirt tərkibli gel və ya məhlul) mütəmadi təmin edilməli, İnfeksiyanın yayılmasının profilaktikasına dair məlumatların və maarifləndirici materialların elektron tablolar, nəqliyyat vasitələrində quraşdırılmış planşetlər vasitəsilə sərnişinlərə çatdırılması təmin edilməlidir. Bundan başqa dayanacaqlarda, yeraltı nəqliyyatın platformalarında və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada getməyi təşviq edən plakatlar və videomonitorlarda maarifləndirici təşviqat materialları yerləşdirilməlidir. Bilet kassalarının, ödəmə terminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə/metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalı və məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır. Sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır.
Hazırlanan metodik göstərişlərdə taksi sürücüləri ilə bağlı müvafiq maddələr yer alır. Belə ki, taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır; Bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır; Sürücülər bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. Sürücülər arasında təmaslar minimuma endirilməlidir.
Göründüyü kimi, bundan sonra təhlükələrdən uzaq olmaq, koronavirus və bu kimi xəstəliklərlə üzləşməmək üçün ortada kifayət qədər məntiqli, bizləri, ətrafımızı qoruya biləcək sənəd var. Sadəcə qalır hamılıqla ona əməl etmək.
S.İsmayılbəyli