Mədəniyyət işçilərin ixtisasartırma təlimləri davam edir

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi öz rəqəmsal fəaliyyətini inkişaf etdirərək sahədə çalışan əməkdaşların təhsil səviyyəsinin yüksəldilməsinə, onlarda müasir peşə səriştələrinin, kreativ bacarıqların formalaşmasını diqqət mərkəzində saxlamış və bu məqsədlə müxtəlif təyinatlı təlimlər həyata keçirmişdir.

Olaylar.az bildirir ki, ölkəmizdə yaranmış mürəkkəb vəziyyəti, əhalinin sosial təcrid dövrünü nəzərə alaraq, mərkəz tərəfindən respublikada fəaliyyət göstərən mədəniyyət müəssisələri işçiləri üçün təlimləri onlayn, elektron formatda davam etdirir.

Aprel ayı ərzində şəhər (rayon) mədəniyyət müəsissələrində çalışan əməkdaşlar üçün "Sosial izolyasiya tədbirləri çərçivəsində kitabxanaların fəaliyyət istiqamətləri", "Evdə qal, sağlam qal, kitabla mənəvi inkişafa yol al!", "Kitabxanalar tərəfindən oxuculara virtual oxu xidməti", "Virtual ünsiyyət mədəniyyəti", "Böhranlı vəziyyətdə muzeylərin fəaliyyət istiqamətləri", "Müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə onlayn kitabxana-informasiya xidmətinin təşkili istiqamətləri", "Kitabxana praktikasında innovativ kütləvi tədbirlər", "Kitabxanalarda büdcədənkənar vəsaitlər və pullu kitabxana xidmətləri, "Elektron Hökumət", "Mövcud vəziyyətdə mədəniyyət fəaliyyəti subyektlərinin mədəni sərvətlərin təşviqində rolu", "Mədəniyyət müəsissələri subyektlərinin qeyri-maddi mədəni irs numunələrindən istifadə qaydaları", "Muzey əşyalarının mövcud vəziyyətdə təbliği və təşviqi məsələləri", "Virtual ekspozisiyaların təqdimatı" və s. bu kimi mövzulara həsr olunmuş təqdimat və video dərslər nümayış edilmişdir.

Təlimlər öncədən tərtib edilmiş və nümayış olunmuş elektron cədvələ uyğun olaraq Mərkəzin rəsmi "Facebook" səhifəsində və youtube kanalında yayımlanmışdır. Qeyd etmək lazımdır ki, virtual təlimlər ümumilikdə 7500-dən çox izləyici tərəfindən baxılıb, 6000 izləyici tərəfindən bəyənilib və 2000-ə yaxın şərh bildirilmişdir. Bu rəqəmlər virtual təlimlərin marağ mərkəzində olduğunun göstəricisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31