Pandemiya zamanında qida sektorunda görülən tədbirlər
4 May 2020 13:17 SosialUzun zamandır ki, ölkədə pandemiya vəziyyəti ilə əlaqədar tətbiq olunan karantin rejimi bir çox sahələrdə əhalinin sağlamlığı naminə xüsusi iş qrafikində çalışırlar. Xüsusi rejimdə fəsliyyət göstərən sahələrdən biri də qida sektorudu. Ölkədə fəaliyyət göstərən iri və xırda market şəbəkəsi və onlayn halda fəsliyyət göstərən kafe və restoranlar Nazirlər Kabinetinin və infeksionistlərin məsləhətləri və təlimatları üzrə çalışırlar.
Məlumatlara əsasən, COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu
ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna vəs. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və ya bir neçə xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə oluna bilər. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.
Bu məqsədlə bütün market, avtobus, kafe və restoranlarda, bir sözlə insanların gündəlik ola biləcəyi məkanlarda dezinfeksiya məhlulları məhdudiyyətsiz olaraq əhalinin istifadəsinə verilib.
Ərzaq satışı ilə məşğul olan müəssisələrdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğunu nəzərə alaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət normallaşana qədər müəssisənin fəaliyyətdə olduğu saatlarda mövcud olan hər bir kassanın fəaliyyət göstərməsini, həmçinin kassaların qarşısında növbədə duran insanların bir-birlərindən 2 metrlik məsafədə dayanmaları tapşırılıb. Bundan əlavə kassada fəaliyyət göstərən işçilər şəffaf eynəklə təmin olunublar. İlk günlərdə insanlar sosial məsafəni gözləməsə də, KİV-də aparılan davamlı maarifləndirici məlumatlardan sonra artıq hər kəs göstərilən təlimatlara uyaraq sosial məsafəni gözləyir.
Bundan əlavə, ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisələrin rəhbərlikləri tərəfindən çalışan işçilərə gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadəedilən maska, əlcək(fərqli ərzaq məhsulu ilə təmas və hər hansı səbəbdən çirkləndikdə dəyişilməlidir), həmçinin dezinfeksiya məhlulundan istifadə etmələri tapşırılıb.
Açıq şəkildə satılan çörək-bulka, un- qənnadı məmulatları, quru meyvələr vəistehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsullarının xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməsini və bu məhsulların yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq vəs.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməsi tapşırılıb.
Müəssisədə sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, mexaniki və təbii havalandırma, işıqlandırma, su-kanalizasiya sistemləri, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması üçün işçilər davamlı olaraq təlimatlandırılırlar.
Həmçinin, qida məhsullarının ticarəti ilə məşğul olan müəssələrdə koronavirus infeksiyasının (COVİD-19) qarşısını almaq üçün havalandırma sistemi mütəmadi olaraq fəaliyyət göstərir. Soyuducuların temperatur rejiminə mütəmadi olaraq nəzarət edilir və soyuq zəncirin
Davamlılığı təmin olunur. Təmizlik və dezinfeksiya işlərinin bu metodiki göstərişlərdə qeyd edilənlərə uyğun riayət olunur.
Bundan əlavə, dezinfeksiyaedicidən istifadə etmək üçün müəssisələr davamlı olaraq qurğularla təmin edilir.
Hər səhər fəaliyyətə başlamazdan öncə ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan vəpərakəndə çsatış obyekti, bazar, yarmarka vəs.) dezinfeksiya işlərinin həmin fəaliyyət növünə uyğun lisenziyalaşdırılmış və bu sahədə ixtisaslaşmış xidmət müəssisələri tərəfindən həyata keçirilir. Tullantıların vaxtında kənarlaşdırılmasını, həmçinin işçilərə tullantı qablarının belə təmiz saxlanılması kimi ciddi təlimatlar verilir.
Qida sektorunda çalışan rəhbərlərə işçi heyətinin sağlamlığından əmin olunması, heyət arasında xəstə işçilərin evdə qalması ilə bağlı maarifləndirici tədbirlər aparılır. Ərzaq məhsullarının satışının həyata keçirildiyi müəssisələrin daxili qaydalarına və bununla bağlı qanunvericiliyin bütün tələblərinə riayətedilməsi bildirilib.
Sevindirici haldır ki, istər marketlərdə, istərsə də ictimai nəqliyytada insanlara daxili rabitəqovşağı vasitəsilə müntəzəm olaraq istehlakçıların Koronavirus infeksiyasının profilaktikası üzrə metodiki göstərişlər barədə məlumatlandırılır.
Simptomlu şəxslərin məssisəyə girişi məhdudlaşdırılır və onlara onlayn xidmət sahəsi təklif olunur. Qısa zamanda yaradılan onlayn ərzaq alış-verişi insanların rahatlığını təmin edir.
Həyata keçirilən təmizlik dezinfeksiya işləri məhsulların xüsusiyyətləri, təmizlik dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik dezinfeksiya işləri iş saatı ərzində mütəmadi, əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.),iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilir.
Təmizlik dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilir:
1. Mexaniki təmizlik: quru çirklər vətullantılar səthlərdən vəməkandan uzaqlaşdırılır;
2.Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata
keçirilir;
3.Durulama:istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir;
4.Dezinfeksiya:istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiqedilir;
5.Dezinfeksiyadan sonra durulama: bu mərhələdə içmək üçün yararlı sudan istifadə
edilir.
Bundan əlavə, dezinfeksiyaedici maddələrdən istifadə zamanı aşağıdakı məqamlara diqqət yetirilməlidir:
1. İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;
Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;
2. Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;
3.Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;
4. Dezinfeksiya işlərini həyata keçirən işçi heyəti xüsusi qoruyucu vasitələrlə (əlcək, maska vəs.) mütləq təmin edilməlidir;
5. Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;
6. Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan, qalma müddətinə ciddi riayət edilməlidir.
Qeyd edək ki, qida ilə təmasda olan səthlərin dezinfeksiyasından sonra su ilə durulanması mütləqdir.
Ay An
Olaylar.az