Paytaxt Bakıda silahlı şəxs yaxalanıb. "Olaylar" xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü R.Quliyevdən sandıqcasında 5 patron olan "Makarov" tipli tapança aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31