Polis narkotacirləri saxladı
4 May 2020 12:59 SosialBakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. "Olaylar"ın məlumatına görə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zaman şəhər sakini, 1996-cı il təvəllüdlü X. Hüseynov saxlanılıb.Ondan 0,296 qram heroin, 1,551 qram metamfetamin aşkar edilib.Nəsimi Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü R. Səfərov saxlanılıb. Ondan 4,707 qram heroin aşkar edilirək götürülüb. Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 1984-cü il təvəllüdlü R. Həşimovdan 3,171 qram metamfetamin, 1987-ci il təvəllüdlü R. Əhmədovdan isə 1,408 qram heroin və 0,287 qram metamfetamin aşkar edilib. Hər 4 fakt üzrə araşdırma aparılır.