Bakıda müddətli müqavilə ilə işləyən müəllimlərlə onlayn müsahibələrə start verilib
4 May 2020 11:22 SosialBu gündən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə start verilib.
Təhsil Nazirliyindən Olaylar.az-a bildirilib ki, mayın 2-dən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibə barədə ətraflı məlumat göndərilib.
Qeyd edək ki, Bakı şəhəri üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə onlayn müsahibələr yekunlaşdıqdan sonra mərhələli şəkildə digər rayon (şəhər) məktəblərində çalışan müəllimlərlə də müsahibələr başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31