Azərbaycanlı alimin məqaləsi beynəlxalq impakt faktorlu jurnalda dərc edilib
4 May 2020 10:33 SosialAMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. professor Nəcəf Müseyiblinin məqaləsi beynəlxalq impakt faktorlu, Clarivate Analytics, Scopus və digər elmi bazalarda indeksləşən "Stratum plus. Археология и культурная антропология" jurnalının yeni nəşr edilmiş 2020-ci il 2-ci sayında dərc olunmuşdur. "Son xalkolitdə Ön Asiyadan Qafqaza miqrasiyalar (e.ə. IV minilliyin birinci yarısı)" ("Миграции из Передней Азии на Кавказ в позднем халколите (первая половина IV тыс. до н.э.)") adlı məqalədə xalkolit dövrünün son mərhələsində Şərqi Anadolu-Şimali Mesopotamiyadan Cənubi Qafqaza, xüsusilə də Azərbaycan ərazilərinə insanların axınlarından və bu proseslərin səbəblərindən bəhs edilir. Bu miqrasiyaların nəticəsində Cənubi Qafqazda Leylatəpə arxeoloji mədəniyyəti yaranmışdır. Məqalədə təkzibolunmaz arxeoloji faktlar əsasında bu mədəniyyətin əhalisinin bir qisminin Şimali Qafqaza köçü nəticəsində orada elmdə "Maykop arxeoloji mədəniyyəti" adlandırılan mədəniyyətin təşəkkül tapması xüsusilə vurğulanır.
Leylatəpə mədəniyyəti abidələrinin tədqiqatları göstərir ki, bəhs olunan dövrdə Azərbaycan ərazisi Ön Asiyanın ən inkişaf etmiş sivilizasiyalarının yayıldığı areala daxil olmuşdur.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi Əlaqə:(012) 510 96 74, 055 659 04 95, 050 426 38 62
SAYT: http://arxeologiya.az/
E-MAIL: [email protected]
FACEBOOK: Institute of Archaeology and Etnography of ANAS
Youtube:The Institute of Archaeology and Ethnography of the Azerbaijan National Academy of Sciences