"7 kiloqram arıqladım" - Aygün formada qalma sirrini açıqladı

 

Xalq artisti Aygün Kazımova karantin günlərində 7 kiloqram çəki atıb.

Axşam.az xəbər verir ki, müğənni bunla bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, qaçış aləti sayəsində artıq çəkidən xilas olub.

Qaçış xalçasında videosunu yerləşdirən Kazımova "Karantin günlərində 7 kiloqram çəki atdım. Evdə qaldığımız müddətdə qaçış alətim olmasaydı, çətin məni belə formada görərdiniz" sözlərini söyləyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31