Geyim mağazaları ilə bağlı YENİLİK - Paltardəyişmə otaqları olmayacaq

Pandemiya dövründə geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar müəyyənləşib.

Koronavirusinfo.az saytı  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.

Geyim satışı:

• Dəyişmə otaqlarından istifadə qadağandır;

Kosmetika və ətriyyat satışı:

• Nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır;

Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti:

• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri:

• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31