Ölkə prezidenti haqqı tapdalanan vətəndaşların işini nəzarətə götürüb
2 May 2020 16:47 Sosial"Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək, ərzaq paylarını özlərinə və yaxın ətraflarına paylamaq nə deməkdir? Bu qədər insafsızlıq və vicdansızlıq olar? Yeri gəlmişkən, Biləsuvarda torpaqları həbs olunan icra başçısı tərəfindən mənimsənilən ailənin müraciətini ölkə başçısı nəzarətə götürüb".
Bu fikirləri Olaylar.az-a Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, torpaqları müsadirə olunan sakinlərdən biri Vaqif Abışov bildirib ki, "Əvvəlcə Heydər Əliyev Fondundan zəng vurub yerin sənədləri ilə maraqlandılar. Sonra isə cənab Prezidentimizin köməkçisi Anar Ələkbərov zəng etdi. O, özü də şəxsən məsələ ilə bağlı maraqlandı, çox səmimi şəkildə dərdimizi dinlədi. Bildirdi ki, əgər bizim dediyimiz kimi olsa, torpaqlar geri qaytarılacaq. İnanın dünəndən sevincimizin həddi-hüdudu yoxdur. Bu diqqət bizə ikinci həyat bəxş etdi. Allah cənab Prezidentin, Mehriban xanımın canını sağ etsin".
Politoloq qeyd edib ki, görünən odur kı, regionlardakı bəzi məmurlar dövlət və dövlətçiliyin nə olduğunu qavramaq təfəkkürünə malik deyillər. Elə isə, az qaldı.....Yaxın vaxtlarda bir çoxları vəzifələri ilə vidalaşacaqlar. Oturmaq üçün onları nəinki kreslolar, heç stullar belə gözləməyəcək.