“Uğurlu islahatların daha genişmiqyaslı olacağına şübhə yoxdur" – Şərh
2 May 2020 16:44 Sosial"Yeni baş prokurorun təyin edilməsi dövlət idarəetməsində həyata keçirilən xüsusi əhəmiyyətli islahatların bir parçasıdır. Ölkənin hər sahəsində islahatların həyata keçirilməsi vacib olduğu kimi hüquq və mühafizə orqanlarında da vaciblik təşkil edən meyarlar göz qabağındadır. Dövlət başçısının nitqi məhz bu fikri özündə əks etdirir. Cəmiyyətdə son zamanlar baş verən hadisələr, yerli rəhbərlərin özbaşınalıqları, vətəndaşlara qarşı həyata keçirilən ekspadisiya hadisələri yeni rəhbərin təyin olunmasını tələb edirdi. Yeni islahat yeni idarəetməni özündə əks etdirəcəkdir. Ölkə daxilində bəzi yeniliklər özünü göstərir. Yeni gənc kadrlar işə cəlb olunmuş və xüsusi sistem tətbiq olunur. Yeni kadrların cəlb olunması bu sahəyə də aid edilməlidir. Yeni prokurorun qarşısına müəyyən hədəflər də qoyulmuşdur ki, bu hədəflər dövlət daxilində baş verən özbaşınalıqları aradan qaldıracaqdır".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, qoyulan ən böyük hədəflərdən biri korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasıdır. Bu məsələyə xüsusilə cənab prezident şəxsən özü nəzarət etdiyi üçün məsələnin ciddi dövlət səviyyəsində aradan qaldırılması üçün bir sıra həll yolları araşdırılır və eynilə həyata keçirilir. 4 icra orqanı tərəfindən həyata keçirilmiş rüşvətxorluq, bəzi orqanların vətəndaşlara rəğmən etdiyi məsuliyyətsizlik, onların mülklərinə, şəxsiyyətlərinə qarşı etdikləri ədalətsizliyə qarşı dövlət tədbirləri görüldü.
Ölkə başçısı videogörüşdə öz nitqində aktual problem olan pandemiyadan da söhbət açmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankının bəyan etdiyi göstəricilərə görə bəzi kiçik dövlətlərin iqtisadiyyatı müflis hala gəlmişdirç lakin Azərbaycan qlobal problemin törədəcəyi problemlərə qarşı ciddi mübarizə apardığı halda iqtisadi mənfiliklər görülməməkdir. Hətta qeyd edim ki, iqtisadi göstəricilərimiz, az da olsa 1,1% göstəricisində artıma nail olmuşdur. Pandemiya ilə bağlı yeni qərarlar qəbul edilir və mövcud imkanlar təhlil edilir".