"Bizi birləşdirən mədəniyyət” layihəsinin canlı yayımları davam edir

Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalı tərəfindən birgə "Bizi birləşdirən mədəniyyət" layihəsi çərçivəsində  Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı konsert proqramı təqdim olunub.

Olaylar.az bildirir ki, konsertin bu dəfəki qonaqları BMM-nin solistləri, Əməkdar artist Sevinc Sarıyeva və xanəndə Elgiz Əliyev olub. Xanəndələr karantin günlərində fəaliyyətlərindən söz açıblar. Bildiriblər ki, BMM-nin solistləri olaraq mərkəzin onlayn layihələrində iştirak edərək izləyicilərə öz ifalarını təqdim etməklə yanaşı "Bizi birləşdirən mədəniyyət"-in  "Muğam ustadları"layihəsinə də  yaxından iştirak edirlər. Verilişdə ADMİU-nin tələbəsi,  rəssam Fidan Abidova da qonaq olub. Rəssam layihəyə töhfə olaraq görkəmli  bəstəkarlar Vasif Adıgözəlov  və Xəyyam Mirzəzadənin portretini Mədəniyyət kanalına hədiyyə edib.

Canlı yayım xanəndələrin ifasında xalq mahnıları, təsniflər və bəstəkar mahnılarından ibarət repertuarla davam edib. İfaçıları tarda Rövşən Qurbanov,  kamançada Ceyhun Muradov,  nağarada Amil Mustafayev  müşayət edib.

Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət" layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin "Facebook" səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31