Koronavirusa ən çox yoluxmalar və ölümlər hansı qitədə qeydə alınıb? – Statistika

Dünyada bir gün ərzində koronavirusa yoluxanların sayı ötən günlə müqayisədə 84 mindən çox, təsdiq edilmiş ölüm hallarının sayı 6 mindən çox artıb.

Olaylar.az TASS-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 3 175 207 nəfərdir, pandemiya ərzində ümumilikdə 224 172 insan xəstəliyin qurbanı olub.

COVID-19-a ən çox yoluxmalar və ölümlər Avropada qeydə alınıb. Köhnə qitədə 1 461 404 pandemiyanın qurbanı olub, 138 200 ölüm baş verib.

Şimali və Cənubi Amerikada 1 291 917 insan koronavirusa yoluxub, 69 087 nəfər ölüb. Bu region son bir gündə virusa yoluxanların sayı (45 727) və ölüm hallarının sayına görə (3 859) Avropanı üstələyib.

Koronavirusa yoluxma ən çox ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 1 035 353 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Siyahıda sonrakı yerdə İspaniya qərarlaşıb. Bu ölkədə 213 435 nəfər koronavirus xəstəsidir. İtaliya 205 463 nəfərlə siyahıda üçüncüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31