Diqqət: Sərt qadağalar tətbiq edilə bilər
1 May 2020 18:01 SosialƏgər göstəricilər arzu etmədiyimiz istiqamətdə gedərsə, sərt qadağalar tətbiq edilə bilər.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
"Bizim "yaşıl sahə"yə çıxmağımız qaydalara əməl etməyimizdən asılıdır. Karantindən çıxma barədə verilən qərar sadə qərar deyil. Ayrı-ayrı xidmət sahələri üzə karantin rejimindən çıxdıqca, qaydalara riayət etməliyik. Bu məqsədlə Operativ Qərargah tərəfindən metodik göstərişlər həyata keçirir.
Bu metodik vəsaitlər təsdiq üçün müvafiq qurumlara göndərilib və sabah koronavirus.info.az saytında yerləşdiriləcək. Vətəndaşlar bu qaydalara ciddi əməl etməlidirlər", - R.Bayramlı bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31