Karantin uzadıldı, yoluxma artdı - Xəbərdarlıq

Biz hər vəziyyətə hazır olmalıyıq.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Sağalanların dinamikası yeni yoluxma ilə müqayisədə üstünlük təşkil edir.

Eyni zamanda günlər üzrə test sayları artırıldı və 1,5 faziə qədər müsbət test nəticələrin sayı azalıb. Lakin 27 apreldə karantin rejimin uzadılması ilə 0,5 fazi yoluxmalar artıb".

O qeyd edib ki, Bakı şəhərində Yasamal, Nəsimi və Binəqədi rayonlarında yoluxma halları üstünlük təşkil edir: "Ən az yoluxma halı 0,27 faiz Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Qadınlar arasında yoluxma faktı daha çoxdur. Eyni zamanda 50-59 yaş arasında yoluxma halları üstünlük təşkil edir. 60-69 yaş arasında 11 nəfər dünyasını dəyişib. Bu nəticələrə görə 65 yaşdan yuxarı şəxsləri ehtiyyatlı olmağa çağırırıq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31