Vergi işçilərinə əlavə müavinət ödəniləcək
1 May 2020 17:15 SosialVergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək. "Olaylar" xəbər verir ki bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə (III oxunuş) təklif edilən dəyişiklikdə öz əksini tapıb. Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur. Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31