Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik edildi

Azərbaycanda Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təsdiq edilib

Azərbaycanda Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təsdiq edilib. "Olaylar"ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. Dəyişiklikdə cinayətlərin dekriminallaşdırılması təklif edilir, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur. Eyni zamanda 30 cinayətə görə azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur. Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31