Bank hesablarından pul oğurlayan şəxs saxlanıldı
Bakıda bank hesablarından pul oğurlamaqda şübhəli bilinən şəxs aşkar edilib.
1 May 2020 17:01 SosialBakıda bank hesablarından pul oğurlamaqda şübhəli bilinən şəxs aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfərin bank hesablarından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mehdiyev saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun 6 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31