Postpandemiya dövründə turizmi necə inkişaf etdirmək mümkündür?
1 May 2020 10:56 SosialBütün dünyanı bürüyən koronavirus pandemiyası yayıldığı ölkələrin təkcə insanlarına, onların səhhətlərinə, fiziki varlıqlarına deyil, eləcə də iqtisadiyyatına ciddi ziyan vurur, həmin ölkələri nəzərçarpacaq dərəcədə zərərlə üzləşdirir. Azərbaycan da qlobal məkanın bir üzvü olduğu üçün bu problemlərdən, təhlükələrdən uzaq deyil və həmin ölkələrin acı təcrübəsini yaşayır. Düzdür, Azərbaycan İtaliya, İspaniya, İran, eyni zamanda Çin və Birləşmiş Ştatlar kimi onun fəsadlarını ciddi şəkildə yaşamır, zamanında həyata keçirilən qabqlayıcı tədbirlər pandemiyanın vətəndaşlarımızın sağlamlığına vura biləcəyi ziyan minimuma endirilir. Ancaq bu öldürücü virusun ölkə iqtisadiyyatına zərəri kifayət qədərdir. Xüsusilə, ölkəmizin turizm sektoru koronavirus pandemiyasından ciddi zərər görür desək yanılmarıq. Bütün otel və turizm istirahət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ölkəyə bütün təyyarə reyslərinin təxirə salınması və bu səbəbdən xarici turistlərin Azərbaycana səfərlərinin baş tutmaması, eyni zamanda pandemiya səbəbindən təxirə salınan beynəlxalq idman yarışlarını izləmək üçün Bakıya gələcək xarici turistlərin səfərlərinin təxirə salınması, həmçinin sadalamadığımız digər faktorlar pandemiyanın turizm sektoruna vurduğu zərbələr sırasındadır. Qeyd edək ki, anoloji halı Avropa ölkələri də yaşayır və həmin ölkələrə də turist səfərləri təxirə salınıb. İndi hər kəs, xüsusilə də turizm sektorunda çalışanlar postpandemiya dövünə hazırlaşır. Bəs görəsən postpandemiya dövründə turizm sektorunu qısa müddətdə əvvəlki vəziyyətinə qaytarmaq mümkün olacaqmı? Yaxud pandemiayadan sonrakı dövrdə bu sahədə yeni yanaşmalar həyata keçirmək zərurəti yanacaqmı?
Almaniyada bizneslə məşğul olan, Sevara Group şirkətinin direktoru hesab edir ki, Almaniya təcrübəsini Azərbaycanda tətbiq etməklə turizm sektorunu inkişaf etdirmək olar. Onun sözlərinə görə, Almaniya hökümətinin ölkə xaricinə gediş-gəlişə 14 iyun tarixinə kimi həm havadan, həm də qurudan məhdudiyyət qoyması ölkədaxili turizmə marağı daha artırırb: "Nəzərə alsaq ki, məlum pandemiya səbəbindən bütün hotellər və restoranlar hələ də bağlıdır, o zaman ortada bir sual yaranır. İndiki vəziyyətdə yay istirahətini necə səmərəli keçirtmək olar? Bu sual artıq son günlərdə alman mediasında dolanır. Almanlar çox dəqiq millətdilər. Bütün planlarını öncədən - hətta 1il əvvəldən qururlar. Və nəticə etibarı ilə də qurulmuş plana əsasən məzuniyyət götürülür. Yolların bağlı olması isə səyahət planlarını at-üst edir. Təbii ki, belə bir zamanda karavan göz önünə gələn ən ideal vasitədir". Rəşad Quliyev deyir ki, Avtomobil sektorunda Avropada özünə məxsus satış bazarı təşkil edən yeganə kateqoriya da məhz karavanlardır". Onun sözlərinə görə, avropalılar "dünyanın düz vaxtı" belə hotellərə əsassız yerə pul xərcləməkdən çəkinirlər: "Hotel otaqlarına sadəcə gecələmək üçün tökülən pulları daha da səmərəli istifadə edənlər karavan sahibləri və kirayəçiləridir. Belə ki, hər bir avropalı kimi almanlar da avtomobil səyahətinə üstünlük verirlər. Hansı ki, həm nəqliyyat vasitəsi, həm də mobil hotel. İstədiyin ölkəyə gedib, istədiyin yerdə dincəlmək şansı məhz karavan sahiblərinə məxsusdur. Və buna görə də artıq karavan satışlarına və kirayəsinə maraq getdikcə daha da artır. Təəssüf ki, ölkəmizdə bu tip avtomobillərə maraq çox azdır. Nədənsə lüks hotellərə, gün ərzində limitsiz yeyib içməyə daha çox pul xərcləməyə üstünlük veririk. Nəticədə isə 2 həftəlik istirahət planımız sadəcə bahalı biletlərə pul xərcləmək, gün ərzində yeyib-içmək, hovuzdan çıxmamaq və gecəni yataraq səhər eyni proqramı təkrarlamaqla keçir. Şəxsən mən artıq illərdir bu tip səyahətlərdən çəkinmişəm". Rəşad Quliyev təklif edir ki, ölkəmizdə iş adamları bu sektora çox ciddi yanaşsınlar: "Füsunkar təbiətə malik ölkəmizin gəziləcək çox yerləri var. Həmçinin ölkə xaricinə də səfərlər mümkündür. Çox yüksək investesiya tələb etməyən bu sektora yatırım etmək məqsədəuyğundur. Bu tip avtomobillərin satışını təşkil etməklə yanaşı gündəlik, həftəlik və ya aylıq olaraq kirayə verilməsi də mümkündür. Sevara Group olaraq biz bu tip avtomobillərin təchizatı ilə məşğul oluruq. İstənilən yük avtomobilini, avtobusu və ya minibusu zövqünüzə uyğun olaraq dizayn edərək satışa çıxarırıq. Hələlik Avropada fəaliyyət göstəririk. Azərbaycandan 5000 kilometr uzaqlıqda olmağımıza baxmayaraq isə sizə bir yazı və ya bir zəng qədər də yaxınıq".
Süleyman