İtalyanın CAMNES və Fransanın CNRS Mərkəzləri tərəfindən Azərbaycan arxeoloqlarının məqalələrinin olduğu beynəlxalq tədqiqatlar toplusunun onlayn təqdimatı keçirildi

İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES) və Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) birgə təşkilatçılığı ilə onlayn kitab təqdimatı və videokonfrans keçirilib.

İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES) və Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) birgə təşkilatçılığı ilə onlayn kitab təqdimatı və videokonfrans keçirilib. Tədbirdə ABŞ, Türkiyə, Almaniya, İtaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və İran arxeoloqları iştirak ediblər. Beynəlxalq tərkibli videokonfransda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Antik dövr arxeologiyası" şöbəsinin müdürü t.ü.f.d. Zaur Həsənov təmsil edib.

Tədbiri giriş sözü ilə İtaliyanın Katanya Universitetinin professoru Nikola Laneri və Fransanın Nitsa Sofia Antipolis Universitetinin professoru Culio Palumbi açdılar. ABŞ-ın Nyu-York Universitetinin professoru Karen Rubinson kitab haqqında geniş məlumat verdi və ondan sonra gələcək tədqiqatları aparmaq üçün bir sıra suallar qaldırdı. Zaur Həsənov diskussiyada Xocalı və Mingəçevir kurqanlarının dəfn adətləri haqqında və onların Mərkəzi Asiya və Şimali Qara dəniz İskit-Saka kurqanları ilə bağlılığı haqqında məruzə etdi və bu istiqmətdə gələcək tədgiqatların perspektivlərindən danışdı.

Kitab 2018-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilən "Kurqanların qurulması: Qafqaz, Şimal-Qərbi İran və Şərqi Anadoluda kurqanlar və dəfn adətləri" adlı beynəlxalq elmi konfransın materilaları əsasında hazırlanıb. Tədqiqatlar toplusunda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşlarının - AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Arxeoloji texnologiya" sektorunun müdiri t.ü.f.d Bəxtiyar Cəlilovun, "Antik dövr arxeologiyası" şöbəsinin müdüri t.ü.f.d. Zaur Həsənovun və "Son tunc Erkən dəmir dövrü" şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d. Müzəffər Hüseynovun məqalələri dərc olunub.

Təqdimatın videogörüntüsünü aşağıdakı linkindən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=war-jUxUy54

Kitab Nəşriyyatının linki:

https://www.arborsapientiae.com/libro/21829/constructing-kurgans-burial-mounds-and-funerary-customs-in-the-caucasus-and-eastern-anatolia-during-the-bronze-and-iron-age-sanem-4.html

Şəkillərdə:

1-4) Videokonfransın görüntüləri.

5) Beynəlxalq elmi tədqiqatlar toplusu.

6-8) 2018-ci ildə Florensiyada keçirilən Konfrans iştirakçıları.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun                                                               İctimaiyyətlə əlaqələr şöbəsi                                                                                                          Əlaqə:(012) 510 96 74, 055 659 04 95, 050 426 38 62                                          

SAYT: http://arxeologiya.az/

E-MAIL: [email protected]

FACEBOOK: Institute of Archaeology and Etnography of ANAS

Youtube:The Institute of Archaeology and Ethnography of the Azerbaijan National Academy of Sciences

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31